• Home  
  • Kürdəmirdə ildırım vuran kişi ölüb
- Gündəm - Hadisə - Ölkə

Kürdəmirdə ildırım vuran kişi ölüb

Kürdəmirdə 51 yaşlı kişini ildırım vuraraq öldürüb. Əks-səda xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Ağsu rayon Qasımbəyli kənd sakini Hacıalıyev Zahir Vahid oğlu qoyun otarmaqdan qayıdarkən onu ildırım vurub. O, elə hadisə yerində keçinib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub və onun meyiti ərazidən götürülərək aidiyyəti […]

Hadisə

Kürdəmirdə 51 yaşlı kişini ildırım vuraraq öldürüb.

Əks-səda xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Ağsu rayon Qasımbəyli kənd sakini Hacıalıyev Zahir Vahid oğlu qoyun otarmaqdan qayıdarkən onu ildırım vurub. O, elə hadisə yerində keçinib.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub və onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə zamanı bir neçə xırdabuynuzlu heyvan tələf olub. Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.