• Home  
  • Almaniyanın “Berlin-Brandenburq” aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib
- Dünya - Gündəm - Texnologiya

Almaniyanın “Berlin-Brandenburq” aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın “Berlin-Brandenburq” hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. Əks-səda xəbər verir ki, bu barədə yerli media Almaniyanın Hava Hərəkətinə Nəzarət Xidmətinin məlumatlarına istinadən məlumat yayıb Almaniyanın nəqliyyat naziri Şteffen Bilger bildirib ki, məqsəd mümkün təhlükələrin […]

Texnologiya

Almaniyanın “Berlin-Brandenburq” hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib.

Əks-səda xəbər verir ki, bu barədə yerli media Almaniyanın Hava Hərəkətinə Nəzarət Xidmətinin məlumatlarına istinadən məlumat yayıb

Almaniyanın nəqliyyat naziri Şteffen Bilger bildirib ki, məqsəd mümkün təhlükələrin öhdəsindən daha yaxşı gəlməkdir.

“Biz hava limanlarının ətrafında dronların yaratdığı artan təhlükəyə çox ciddi yanaşırıq. Buna görə də sürətlə tədbirlər görməyimiz vacib idi, elə məhz buna görə də beynəlxalq mülki hava limanları dronların aşkarlanması üçün avadanlıqlarla təchiz edilir”, – o qeyd edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.