• Home  
  • Azərbaycanda hazırlanan KASIRGA şaquli qalxışlı kamikadze PUA ilk dəfə görüntülənib
- Gündəm - Ölkə - Texnologiya

Azərbaycanda hazırlanan KASIRGA şaquli qalxışlı kamikadze PUA ilk dəfə görüntülənib

Türkiyənin BAYKAR şirkətinin Azərbaycandakı şirkəti “Bayraktar Teknoloji” tərəfindən inkişaf etdirilən KASIRGA şaquli qalxışlı kamikadze pilotsuz uçuş aparatı (PUA) ilk dəfə görüntülənib. Əks-səda xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesinə bağlı olan “SavunmaSanayiST.com” portalı məlumat yayıb. Qeyd edək ki, KASIRGA bu gün Bakıda keçirilən ADEX 2026-da ilk dəfə təqdim olunur. Onun maksimum qalxış kütləsi 33 kiloqramdır. […]

Texnologiya

Türkiyənin BAYKAR şirkətinin Azərbaycandakı şirkəti “Bayraktar Teknoloji” tərəfindən inkişaf etdirilən KASIRGA şaquli qalxışlı kamikadze pilotsuz uçuş aparatı (PUA) ilk dəfə görüntülənib.

Əks-səda xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesinə bağlı olan “SavunmaSanayiST.com” portalı məlumat yayıb.

Qeyd edək ki, KASIRGA bu gün Bakıda keçirilən ADEX 2026-da ilk dəfə təqdim olunur. Onun maksimum qalxış kütləsi 33 kiloqramdır. Şaquli qalxıb-endiyinə görə uçuş-enmə zolağı tələb etmir. İdarəetməsi avtonom uçuş, vizual mövqeləndirmə, sensor məlumatlarının sintezinə əsaslanır. Əməliyyat radiusu 60-90 kilometrdir. Maksimum sürəti 222 km/saat-dır. Hündürlüyü və qanad eni 1.7 metrdir.

PUA kamikadze rejimində olanda hədəfi müəyyən edir və üzərinə dalış edərək 5 kq döyüş başlığı ilə onu məhv edir. Kəşfiyyat-müşahidə rejimində isə EO kamera ilə kəşfiyyat aparır və missiyadan sonra bazaya qayıda bilir. Bu baxımdan, adi birdəfəlik kamikadze dronundan daha funksional aparatdır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.