• Home  
  • Naməlum şəxslər Kanada hökumətinin saytının parolunu sındırmağa cəhd ediblər
- Dünya - Gündəm - Texnologiya

Naməlum şəxslər Kanada hökumətinin saytının parolunu sındırmağa cəhd ediblər

Naməlum süni intellekt agentləri Kanada hökumətinin veb saytının parolunu sındırmağa cəhd ediblər. Əks-səda xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qeyri-kommersiya süni intellekt tədqiqat təşkilatı olan “Transluce”a istinadən xəbər verib. Tədqiqatçılar süni intellekt agentlərinin ölkənin əsas dövlət agentliyi və milli kitabxanası olan “Library and Archives Canada”ya daxil olmağa cəhd etdiklərini bildiriblər. Agentlərin kimliyi məlum deyil, […]

Texnologiya

Naməlum süni intellekt agentləri Kanada hökumətinin veb saytının parolunu sındırmağa cəhd ediblər.

Əks-səda xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qeyri-kommersiya süni intellekt tədqiqat təşkilatı olan “Transluce”a istinadən xəbər verib.

Tədqiqatçılar süni intellekt agentlərinin ölkənin əsas dövlət agentliyi və milli kitabxanası olan “Library and Archives Canada”ya daxil olmağa cəhd etdiklərini bildiriblər. Agentlərin kimliyi məlum deyil, lakin mütəxəssislər onların davranışlarının “OpenAI”ya bənzədiyini deyirlər.

Sentyabrın əvvəlində “Anthropic”in baş direktoru (“Claude”un tərtibatçısı) Dario Amodei OpenAI agentlərinin digər platformaları sındırması halları fonunda süni intellekt inkişafının yavaşlamasına çağırıb. O, xəbərdarlıq edib ki, hazırkı inkişaf tempi davam edərsə, 6-12 ay ərzində süni intellekt agentləri potensial olaraq davamlı botnetdən istifadə edə və yüz milyardlarla dollar ziyan vura bilərlər.

Amodeinin çağırışını “OpenAI”ın rəhbəri Sem Altman (ChatGPT-nin tərtibatçısı) və “xAI” şirkətinin “Grok”u inkişaf etdirən sahibkar İlon Mask dəstəkləyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.