• Home  
  • Suriyada avtobusa silahlı hücum nəticəsində yeddi nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Suriyada avtobusa silahlı hücum nəticəsində yeddi nəfər ölüb

Suriyanın Homs əyalətindəki Masyaf körpüsü yaxınlığında naməlum silahlıların avtobusa atəş açması nəticəsində azı yeddi insan həlak olub, dörd nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə SANA xəbər verib. Məlumata görə, daxili təhlükəsizlik qüvvələri və mülki müdafiə bölmələri hadisə yerinə gəlib. Onlar ərazini mühasirəyə alıb və ölən və yaralananları təxliyə etməyə başlayıblar. Suriya daxili təhlükəsizlik qüvvələri araşdırmaya […]

Hadisə

Suriyanın Homs əyalətindəki Masyaf körpüsü yaxınlığında naməlum silahlıların avtobusa atəş açması nəticəsində azı yeddi insan həlak olub, dörd nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə SANA xəbər verib.

Məlumata görə, daxili təhlükəsizlik qüvvələri və mülki müdafiə bölmələri hadisə yerinə gəlib. Onlar ərazini mühasirəyə alıb və ölən və yaralananları təxliyə etməyə başlayıblar. Suriya daxili təhlükəsizlik qüvvələri araşdırmaya başlayıb.

Hadisə və ya hücum edənlərlə bağlı əlavə məlumat verilmir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.