Rusiya ordusunun dron hücumları zamanı oktyabrın 5-i yerli vaxtla 10:30 radələrində Ukraynanın Moldova ilə daha bir sərhəd keçid məntəqəsinə zərbələr endirilib.
Əks-səda xəbər verir ki, “Palanka” sərhəd keçid məntəqəsinə endirilən zərbə zamanı Moldova tərəfindən bir sərhəd keçid əməkdaşı yüngül yaralanıb.
Mərminin sərnişin avtobusunun yanında partlaması nəticəsində avtobus da ciddi zərər görüb.


