• Home  
  • Cənubi Koreyada balıqçı gəmisi aşıb, 9 nəfər xilas edilib
- Dünya - Gündəm - Hadisə

Cənubi Koreyada balıqçı gəmisi aşıb, 9 nəfər xilas edilib

Göyərtəsində 11 nəfərin olduğu balıqçı gəmisi Cənubi Koreyanın ən böyük vulkanik adası və əsas kurortu olan Çedju sularında aşıb. Əks-səda “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları bildirib. İnsident nəticəsində 9 nəfər xilas edilib, daha iki nəfər itkin düşüb. Çedju adasının sahil mühafizə xidmətinin məlumatına görə, 29 tonluq balıqçı gəmisi bu gün […]

Hadisə

Göyərtəsində 11 nəfərin olduğu balıqçı gəmisi Cənubi Koreyanın ən böyük vulkanik adası və əsas kurortu olan Çedju sularında aşıb.

Əks-səda “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları bildirib.

İnsident nəticəsində 9 nəfər xilas edilib, daha iki nəfər itkin düşüb.

Çedju adasının sahil mühafizə xidmətinin məlumatına görə, 29 tonluq balıqçı gəmisi bu gün səhər saatlarında aşıb, 9 nəfər – 8 indoneziyalı və 1 vyetnamlı xilas edilib. Onların vəziyyəti sabit olaraq qiymətləndirilir. Digər 2 nəfər – cənubi koreyalı kapitan və İndoneziyadan olan bir heyət üzvü isə itkin düşüb.

Hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatların aparılması üçün hadisə yerinə helikopterlər və patrul gəmiləri göndərib. Həmçinin Hərbi Dəniz Qüvvələrinin 1 gəmisi və bir neçə mülki balıqçı gəmisi səfərbər edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.