• Home  
  • Litva ordusu ABŞ-dən döyüş dronları alıb
- Dünya - Gündəm - Texnologiya

Litva ordusu ABŞ-dən döyüş dronları alıb

Litva Silahlı Qüvvələri “Switchblade 600” döyüş dronlarının ilk partiyasını alıb. Əks-səda xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Dronları Litvaya ABŞ-nin “AeroVironment” şirkəti tədarük edir. “Switchblade 600″ dronları sayəsində Litva Silahlı Qüvvələri yeni imkanlar əldə edir. Onların köməyi ilə hərbçilər düşmənin zirehli texnikasını təhlükəsiz məsafədən tez və yüksək dəqiqliklə məhv edə […]

Texnologiya

Litva Silahlı Qüvvələri “Switchblade 600” döyüş dronlarının ilk partiyasını alıb.

Əks-səda xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Dronları Litvaya ABŞ-nin “AeroVironment” şirkəti tədarük edir.

“Switchblade 600″ dronları sayəsində Litva Silahlı Qüvvələri yeni imkanlar əldə edir. Onların köməyi ilə hərbçilər düşmənin zirehli texnikasını təhlükəsiz məsafədən tez və yüksək dəqiqliklə məhv edə bilərlər. Hər bir belə satınalma Litvanın təhlükəsizliyini gücləndirir. Eyni zamanda, bu, Litva və ABŞ arasındakı tərəfdaşlığın daha bir əyani təsdiqidir”, – müdafiə naziri Robertas Kaunasın sözlərinə istinadən qurumun məlumatında bildirilib.

Döyüş dronları ilə yanaşı, Litva ABŞ-dən dronların buraxılışı və idarə edilməsi üçün avadanlıq, şəxsi heyətin hazırlığı üçün simulyator və texniki xidmət paketi alır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.