• Home  
  • PSJ futbolçuları Dembele və Mendeşə əlavə istirahət verib
- Dünya - Gündəm - Idman

PSJ futbolçuları Dembele və Mendeşə əlavə istirahət verib

Fransanın PSJ klubu futbolçuları Usman Dembele və Nunu Mendeşə əlavə istirahət verib. Əks-səda xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, futbolçulara əlavə istirahət baş məşqçi və rəhbərliklə razılaşdırılaraq verilib. Onların oktyabrın 10-11-də məşqlərə qayıdacağı açıqlanıb. Adıçəkilən futbolçular hər hansısa zədə almayıblar. Qeyd edək ki, PSJ cari mövsümdə Dembeleyə ikinci dəfə […]

İdman

Fransanın PSJ klubu futbolçuları Usman Dembele və Nunu Mendeşə əlavə istirahət verib.

Əks-səda xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, futbolçulara əlavə istirahət baş məşqçi və rəhbərliklə razılaşdırılaraq verilib. Onların oktyabrın 10-11-də məşqlərə qayıdacağı açıqlanıb.

Adıçəkilən futbolçular hər hansısa zədə almayıblar.

Qeyd edək ki, PSJ cari mövsümdə Dembeleyə ikinci dəfə əlavə istirahət verib. 29 yaşlı hücumçu avqustun 28-də Liqa 1-in II turunda “Lill”lə səfər oyununu (2:2) buraxıb və həmin vaxt 6 günlük komandanın düşərgəsindən ayrılıb.

Dembele 2026/2027 mövsümündə PSJ-nin heyətində bütün turnirlərdə 7 oyuna çıxaraq 2 qol və 4 məhsuldar ötürmə edib. 24 yaşlı Mendeş isə 5 matçda iştirak edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.