• Home  
  • Britaniyanın hərbi bazasına daxil olan Latviya vətəndaşları həbs ediliblər
- Dünya - Gündəm - KriminaI

Britaniyanın hərbi bazasına daxil olan Latviya vətəndaşları həbs ediliblər

Böyük Britaniyada Kembricşirdəki Kral Hərbi Hava Qüvvələri (HHQ) bazasının ərazisinə qanunsuz daxil olmaq ittihamı ilə 2 Latviya vətəndaşı həbs edilib. Əks-səda xəbər verir ki, bu barədə BBC polisə istinadən məlumat yayıb. Müdafiə Nazirliyinin təhlükəsizlik xidmətinin patrulunun Moulsvort HHQ bazasında tərk edilmiş avtomobil, axtarış zamanı isə bazaya daxil olmuş şəxsləri aşkar etməsindən sonra həyəcan siqnalı verilib. Bundan əlavə, […]

Hadisə

Böyük Britaniyada Kembricşirdəki Kral Hərbi Hava Qüvvələri (HHQ) bazasının ərazisinə qanunsuz daxil olmaq ittihamı ilə 2 Latviya vətəndaşı həbs edilib.

Əks-səda xəbər verir ki, bu barədə BBC polisə istinadən məlumat yayıb.

Müdafiə Nazirliyinin təhlükəsizlik xidmətinin patrulunun Moulsvort HHQ bazasında tərk edilmiş avtomobil, axtarış zamanı isə bazaya daxil olmuş şəxsləri aşkar etməsindən sonra həyəcan siqnalı verilib. Bundan əlavə, hasarın cüzi zədələndiyi aşkar edilib.

Əvvəlcə onlar qadağan olunmuş əraziyə qanunsuz daxil olmaq və əmlaka ziyan vurmaq şübhəsi ilə həbs edilərək Kembricşirdəki polis bölməsinə aparılıblar. Daha sonra ittihama “Milli təhlükəsizlik haqqında” qanunun 4-cü maddəsi – ölkəyə ziyan vurmaq məqsədilə qadağan olunmuş yerdə qanunsuz olmaq maddəsi əlavə edilib.

Hadisənin halları ilə əlaqədar olaraq, onun araşdırılması ilə polisin terrorizmlə mübarizə idarəsinin əməkdaşları məşğul olurlar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.