• Home  
  • ABŞ tarixində ilk dəfə hərbi edam canlı yayımlanacaq
- Dünya - Hadisə - Manşet

ABŞ tarixində ilk dəfə hərbi edam canlı yayımlanacaq

ABŞ-da 2009-cu ildə Fort-Hud hərbi bazasında 13 nəfəri öldürən keçmiş ordu mayoru Nidal Malik Həsənin edamı canlı yayımlanacaq. Dekabrın 3-nə təyin olunan hökmün hücumun baş verdiyi bazada, hərbçilərdən ibarət atəş dəstəsi tərəfindən icra edilməsi nəzərdə tutulur. Əks-səda Reuters agentliyinə istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Pit Hegset bu barədə açıqlama verib. Pentaqon da edamın internet […]

Hadisə

ABŞ-da 2009-cu ildə Fort-Hud hərbi bazasında 13 nəfəri öldürən keçmiş ordu mayoru Nidal Malik Həsənin edamı canlı yayımlanacaq. Dekabrın 3-nə təyin olunan hökmün hücumun baş verdiyi bazada, hərbçilərdən ibarət atəş dəstəsi tərəfindən icra edilməsi nəzərdə tutulur.

Əks-səda Reuters agentliyinə istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Pit Hegset bu barədə açıqlama verib. Pentaqon da edamın internet üzərindən canlı yayımlanacağını təsdiqləyib. Bu, ABŞ tarixində edamın belə bir formada yayımlanmasının ilk nümunəsi olacaq.

Hegset “Real America’s Voice” kanalında yayımlanan müsahibəsində ictimaiyyətin edamı izləməsinə şərait yaradılacağını bildirib. O, bu qərarı insanların belə cinayətlərin ağır nəticələrini görməsinin vacibliyi ilə əsaslandırıb.

Həsənin prezident Donald Trampdan əfv istəyib-istəmədiyi barədə suala isə nazir qısa cavab verib: “Dekabrın 3-də onunla görüşəcəyik”.

ABŞ-da sonuncu açıq edam 1936-cı ildə həyata keçirilib. Hərbi məhkəmənin hökmü ilə son edam isə 1961-ci ildə baş tutub. Həmin vaxt ordu əsgəri Con Bennett zorlama və qətlə cəhdə görə asılıb. Hökm məhdud sayda şahidin iştirakı ilə icra olunub və yayımlanmayıb.

ABŞ ordusunda psixiatr kimi çalışan mayor Nidal Malik Həsən 2009-cu il noyabrın 5-də Texas ştatındakı Fort-Hud bazasının hərbi qulluqçuların hazırlıq mərkəzində atəş açıb. Hücum nəticəsində 13 nəfər həlak olub, 32 nəfər yaralanıb.

Saxlanılarkən özü də yaralanan Həsən həmin vaxtdan əlil arabasında hərəkət edir. O, hücumdan əvvəl Əfqanıstana göndərilməyə hazırlaşırdı. Məhkəmədə ABŞ hərbçilərinin müsəlman ölkələrindəki müharibələrdə iştirakına qarşı çıxdığını bildirmişdi.

2013-cü ilin avqustunda hərbi məhkəmə Həsəni təqsirli bilərək ölüm cəzasına məhkum edib. Ağ Ev onun törətdiyi cinayəti terror aktı kimi qiymətləndirib.

Edamın canlı yayımlanması barədə açıqlama ABŞ-da ölüm hökmünün icrası ilə bağlı müzakirələrin yenidən gücləndiyi vaxta təsadüf edib. Tennessi ştatında 1996-cı ildə sinif yoldaşını işgəncə ilə öldürməkdə təqsirli bilinən Krista Payk sentyabrın 30-da ölümcül inyeksiya ilə edam cəhdindən sağ çıxıb. Ona preparatın iki dəfə yeridildiyi, əllərində isə toxuma yanıqlarının yarandığı bildirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.