• Home  
  • Ermənistanda Xüsusi Ordu Korpusunun komandan müavini vəzifəsindən azad edilib
- Dünya - Gündəm - Hadisə

Ermənistanda Xüsusi Ordu Korpusunun komandan müavini vəzifəsindən azad edilib

Ermənistan Silahlı Qüvvələrinin Xüsusi Ordu Korpusunun komandanının müavini Artsvik Qriqoryan vəzifəsindən azad edilib. Əks-səda Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat xidməti məlumat yayıb. “Baş nazir Nikol Paşinyanın təklifini əsas götürərək, Ermənistan Konstitusiyasının 133-cü maddəsinin 1-ci hissəsinə, eləcə də “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunun 40-cı maddəsinin 3-cü hissəsinə uyğun […]

Hadisə

Ermənistan Silahlı Qüvvələrinin Xüsusi Ordu Korpusunun komandanının müavini Artsvik Qriqoryan vəzifəsindən azad edilib.

Əks-səda Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Nikol Paşinyanın təklifini əsas götürərək, Ermənistan Konstitusiyasının 133-cü maddəsinin 1-ci hissəsinə, eləcə də “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunun 40-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq, Artsvik Qriqoryan Xüsusi Ordu Korpusu komandanının müavini vəzifəsindən azad edilsin”, – fərmanda bildirilib.

O bu vəzifəyə 2025-ci il oktyabrın 22-də təyin edilmişdi.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.