• Home  
  • İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri 8 il müddətə azadlıqdan məhrum edilib
- Cəmiyyət - Gündəm - KriminaI - Ölkə

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri 8 il müddətə azadlıqdan məhrum edilib

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov 8 il müddətə azadlıqdan məhrum olunub. Əks-səda xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub. Həmçinin iclasda bildirilib ki, təqsirləndirlən şəxs cinayət işi üzrə dəymiş ziyanı tam ödəyib. Xatırladaq ki, S. Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. O, […]

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov 8 il müddətə azadlıqdan məhrum olunub.

Əks-səda xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Həmçinin iclasda bildirilib ki, təqsirləndirlən şəxs cinayət işi üzrə dəymiş ziyanı tam ödəyib.

Xatırladaq ki, S. Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, o, 2025-ci ilin mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.