• Home  
  • Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
- Gündəm - KriminaI - Ölkə

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Azərbaycan vətəndaşı Anar Eldar oğlu Abbasovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiyanın Baş Prokurorluğu təmin edib. Əks-səda xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Ağstafa rayon polis şöbəsində ibtidai istintaq edilən cinayət işi üzrə Anar Abbasovun təkrar öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən […]

Azərbaycan vətəndaşı Anar Eldar oğlu Abbasovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiyanın Baş Prokurorluğu təmin edib.

Əks-səda xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Ağstafa rayon polis şöbəsində ibtidai istintaq edilən cinayət işi üzrə Anar Abbasovun təkrar öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə axtarışa verilib.

A.Abbasov Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.