• Home  
  • Luvr muzeyinə qanunsuz daxil olan tələbə saxlanılıb
- Dünya - Gündəm - Hadisə

Luvr muzeyinə qanunsuz daxil olan tələbə saxlanılıb

Parisdəki Luvr muzeyinin əməkdaşları muzey bağlandıqdan sonra binaya qanunsuz daxil olan 26 yaşlı tələbə aşkarlayıblar. Əks-səda “Ouest-France” qəzetinə istinadən xəbər verir ki, gənc oktyabrın 16-dan 17-nə keçən gecə muzeyin texniki dəhlizlərindən birində tapılıb. İlkin məlumata görə, tələbə bir neçə başqa girişin şəklini çəkdikdən sonra binaya yanğın çıxışı vasitəsilə daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları muzeyə […]

Parisdəki Luvr muzeyinin əməkdaşları muzey bağlandıqdan sonra binaya qanunsuz daxil olan 26 yaşlı tələbə aşkarlayıblar.

Əks-səda “Ouest-France” qəzetinə istinadən xəbər verir ki, gənc oktyabrın 16-dan 17-nə keçən gecə muzeyin texniki dəhlizlərindən birində tapılıb.

İlkin məlumata görə, tələbə bir neçə başqa girişin şəklini çəkdikdən sonra binaya yanğın çıxışı vasitəsilə daxil olub.

Hadisə yerinə gələn polis əməkdaşları muzeyə heç bir ziyan dəymədiyini müəyyən ediblər. Bununla belə, təhlükəsizlik siqnalizasiyası işə düşməyib.

Paris prokurorluğundan bildirilib ki, tələbənin həbsdə saxlanılması üçün əsas yoxdur. Araşdırma davam etdiyi müddətdə o, sərbəst buraxılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.