• Home  
  • Yaponiya Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək üçün kosmik aparat buraxıb
- Dünya - Elm - Gündəm - Texnologiya

Yaponiya Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək üçün kosmik aparat buraxıb

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) dünyada ilk dəfə Marsın peyki Fobosa eniş etməli və onun səthindən torpaq nümunələrini Yerə çatdırmalı olan MMX kosmik aparatını orbitə göndərib. Əks-səda “JAXA”ya istinadən xəbər verir ki, aparat Tanegaşima kosmodromundan H3 ağırdaşıyıcı raketi vasitəsilə buraxılıb. MMX missiyasının əsas məqsədi Fobosdan torpaq nümunələri toplamaq, peykin mənşəyini və Marsın formalaşma tarixini araşdırmaqdır. Plana […]

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) dünyada ilk dəfə Marsın peyki Fobosa eniş etməli və onun səthindən torpaq nümunələrini Yerə çatdırmalı olan MMX kosmik aparatını orbitə göndərib.

Əks-səda “JAXA”ya istinadən xəbər verir ki, aparat Tanegaşima kosmodromundan H3 ağırdaşıyıcı raketi vasitəsilə buraxılıb.

MMX missiyasının əsas məqsədi Fobosdan torpaq nümunələri toplamaq, peykin mənşəyini və Marsın formalaşma tarixini araşdırmaqdır. Plana əsasən, kosmik aparat 2031-ci ildə Yerə qayıtmalı və topladığı nümunələrin yerləşdirildiyi kapsulu Yerə göndərməlidir.

Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri Yosihiro Seki bildirib ki, layihə Fobosun mənşəyi haqqında yeni məlumatlar əldə etməklə yanaşı, gələcəkdə Marsa insanlı ekspedisiyalar üçün texnologiyaların sınaqdan keçirilməsinə də imkan yaradacaq.

MMX kosmik aparatının kütləsi 4,5 ton, günəş panellərinin açılmış vəziyyətdə eni isə 9 metrdir.

Missiya çərçivəsində tətbiq edilən texnologiyaların Marsın gələcək tədqiqatlarına, o cümlədən insanların iştirakı ilə həyata keçiriləcək uçuşlara hazırlıq prosesində istifadə olunacağı gözlənilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.