• Home  
  • Pentaqon rəhbəri İsrailə gizli səfər edib
- Dünya - Gündəm - Siyasət

Pentaqon rəhbəri İsrailə gizli səfər edib

ABŞ-nin müdafiə naziri Pit Heqset İsrailə gizli səfər edib və ölkənin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Əks-səda xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı mənbələrə istinadən xəbər verib. Onların sözlərinə görə, görüş oktyabrın 19-da, bazar ertəsi günü baş tutub. Danışıqların təfərrüatları açıqlanmayıb. Nəşr qeyd edir ki, Heqsetin səfəri ABŞ Prezidenti Donald Trampın 27 oktyabr 2026-cı […]

ABŞ-nin müdafiə naziri Pit Heqset İsrailə gizli səfər edib və ölkənin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Əks-səda xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı mənbələrə istinadən xəbər verib.

Onların sözlərinə görə, görüş oktyabrın 19-da, bazar ertəsi günü baş tutub. Danışıqların təfərrüatları açıqlanmayıb.

Nəşr qeyd edir ki, Heqsetin səfəri ABŞ Prezidenti Donald Trampın 27 oktyabr 2026-cı ildə keçirilməsi planlaşdırılan İsrail parlament seçkilərində Netanyahunun namizədliyini dəstəkləməsindən bir gün sonraya təsadüf edib.

Bundan əlavə, görüş Vaşinqton və Təl-Əviv arasında İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpası ilə bağlı danışıqların aparıldığı bir vaxta təsadüf edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.