• Home  
  • Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb

Kolumbiyanın cənub-qərbində qanunsuz qızıl mədənində torpaq uçqunu nəticəsində azı 14 nəfər ölüb, daha 7 nəfər xəsarət alıb. Əks-səda “Caracol” telekanalına istinadən xəbər verir ki, bu barədə Narinyu departamentinin sülh və insan hüquqları məsələləri üzrə katibi Aleks Qonsales bildirib. “Hazırda 14 nəfərin öldüyü məlumdur, daha 7 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri artıq başa çatıb”, – o deyib. Daha […]

Kolumbiyanın cənub-qərbində qanunsuz qızıl mədənində torpaq uçqunu nəticəsində azı 14 nəfər ölüb, daha 7 nəfər xəsarət alıb.

Əks-səda “Caracol” telekanalına istinadən xəbər verir ki, bu barədə Narinyu departamentinin sülh və insan hüquqları məsələləri üzrə katibi Aleks Qonsales bildirib.

“Hazırda 14 nəfərin öldüyü məlumdur, daha 7 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri artıq başa çatıb”, – o deyib.

Daha əvvəl hadisə nəticəsində 9 nəfərin öldüyü bildirilirdi.

Qonsalesin sözlərinə görə, faciə Santa-Barbara bələdiyyəsinin ərazisində yerləşən qanunsuz açıq tipli mədəndə baş verib. Torpaq uçqunu nəticəsində qızıl hasilatı ilə məşğul olan şaxtaçılar dağıntılar altında qalıblar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.