• Home  
  • Polşada İkinci Dünya müharibəsi dövrünə aid bombaya görə 3 minə yaxın sakin təxliyə edilib
- Dünya - Gündəm - Hadisə

Polşada İkinci Dünya müharibəsi dövrünə aid bombaya görə 3 minə yaxın sakin təxliyə edilib

Polşanın Vrotslav şəhərinin təxminən 3 min sakini İkinci Dünya müharibəsi dövrünə aid 250 kiloqramlıq aviabombanın zərərsizləşdirilməsi əməliyyatı səbəbindən öz evlərini tərk etməli olub. Əks-səda xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb. “Bombanın zərərsizləşdirilməsi ilə bağlı potensial təhlükə ilə əlaqədar şəhər rəhbərliyi əməliyyatın keçirildiyi yerdən 300 metr radiusda insanların təxliyə edilməsi qərarına gəlib”, – fövqəladə xidmətlərdən […]

Polşanın Vrotslav şəhərinin təxminən 3 min sakini İkinci Dünya müharibəsi dövrünə aid 250 kiloqramlıq aviabombanın zərərsizləşdirilməsi əməliyyatı səbəbindən öz evlərini tərk etməli olub.

Əks-səda xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.

“Bombanın zərərsizləşdirilməsi ilə bağlı potensial təhlükə ilə əlaqədar şəhər rəhbərliyi əməliyyatın keçirildiyi yerdən 300 metr radiusda insanların təxliyə edilməsi qərarına gəlib”, – fövqəladə xidmətlərdən bildirilib.

Partlamamış qurğu mehmanxana-ofis kompleksinin tikinti meydançasında aşkarlanıb. Bombanın zərərsizləşdirilməsi əməliyyatı ictimai nəqliyyatın və dəmir yolu daşımalarının fəaliyyətində ciddi fasilələrə səbəb olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.