• Home  
  • Qubadakı yolda sürüşmə risklərinin azaldılması üçün kompleks tədbirlər həyata keçirilir
- Cəmiyyət - Gündəm - Ölkə

Qubadakı yolda sürüşmə risklərinin azaldılması üçün kompleks tədbirlər həyata keçirilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Quba–Qonaqkənd–Muçu avtomobil yolunun 40–42-ci kilometrlərində baş vermiş torpaq sürüşməsinin fəsadlarının aradan qaldırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Əks-səda xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, ərazinin mürəkkəb dağlıq relyefi nəzərə alınaraq, yolun dayanıqlığının artırılması və gələcəkdə sürüşmə risklərinin minimuma endirilməsi məqsədilə xüsusi mühəndislik həlləri tətbiq olunur. “İşlər […]

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Quba–Qonaqkənd–Muçu avtomobil yolunun 40–42-ci kilometrlərində baş vermiş torpaq sürüşməsinin fəsadlarının aradan qaldırılması istiqamətində kompleks tədbirlər həyata keçirir.

Əks-səda xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, ərazinin mürəkkəb dağlıq relyefi nəzərə alınaraq, yolun dayanıqlığının artırılması və gələcəkdə sürüşmə risklərinin minimuma endirilməsi məqsədilə xüsusi mühəndislik həlləri tətbiq olunur.

“İşlər çərçivəsində dağ yamacları xüsusi beton məhlulu ilə möhkəmləndirilir, səth sularının təhlükəsiz şəkildə kənarlaşdırılması üçün beton küvetlər inşa edilir və suötürücü borular quraşdırılır.

Həyata keçirilən tədbirlər yalnız sürüşmənin mövcud fəsadlarının aradan qaldırılmasına deyil, həm də yol infrastrukturunun uzunmüddətli dayanıqlığının təmin edilməsinə və oxşar halların təkrarlanma riskinin azaldılmasına yönəlib”, – məlumatda qeyd olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.