İordan çayının qərb sahilində silahlı insident baş verib.
Əks-səda “The Times Of Israel” nəşrinə istinadən xəbər verir ki, nəticədə 5 nəfər xəsarət alıb.
Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
Hadisəni törədən şəxslərdən ikisi İsrail təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb, daha bir nəfər isə qaçmağa nail olub.
İsrailin daxili təhlükəsizlik naziri İtamar Ben Qvir insidentə münasibət bildirərək, Fələstin Dövlətinin tərksilah edilməsi və ləğvinə çağırış edib.


