İspaniyanın “Barselona” klubunun futbolçusu Xavi Espart Bakıda “Sabah”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının oyununda iştirak etməyəcək.
Əks-səda xəbər verir ki, Kataloniya təmsilçisi 19 yaşlı cinah müdafiəçisinin zədəsinin ciddi olduğunu açıqlayıb.
“Real”a 1:2 hesabı ilə uduzduqları La Liqa matçında sıradan çıxan oyunçu təxminən yeddi həftə yaşıl meydandalardan kənarda qalacaq. O, sağ topuğundan xəsarət alıb.
Xatırladaq ki, Liqa mərhələsinin “Sabah” – “Barselona” oyunu noyabrın 15-də Bakı Olimpiya Stadionunda keçiriləcək.


