• Home  
  • Siyəzəndə qadının qohumu tərəfindən borca görə öldürdüyü məlum olub
- Gündəm - KriminaI - Ölkə

Siyəzəndə qadının qohumu tərəfindən borca görə öldürdüyü məlum olub

Siyəzən rayonunda Siyəzən şəhər sakini, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyeva yaşadığı evdə boğularaq öldürülüb. Xüsusilə ağır cinayətin üstü isti izlərlə açılıb. Əks-səda xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, oktyabrın 26-da Siyəzən rayon sakini 1982-ci il təvəllüdlü Ağamalıyeva Xəyalə Muradağa qızının meyitinin aşkar olunması barədə məlumat daxil olub. Həyata keçirilmiş tədbirlərlə […]

Siyəzən rayonunda Siyəzən şəhər sakini, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyeva yaşadığı evdə boğularaq öldürülüb. Xüsusilə ağır cinayətin üstü isti izlərlə açılıb.

Əks-səda xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, oktyabrın 26-da Siyəzən rayon sakini 1982-ci il təvəllüdlü Ağamalıyeva Xəyalə Muradağa qızının meyitinin aşkar olunması barədə məlumat daxil olub.

Həyata keçirilmiş tədbirlərlə zərərçəkmişin tanışı 1991-ci il təvəllüdlü Naqil Ağamalıyevin borcunu qaytarmaq və girov qoyduğu qızılları götürmək bəhanəsi ilə Xəyalə Ağamalıyevanın evinə getdiyi, onu boğaraq öldürdüyü, daha sonra isə oradan qızıl, pul və digər qiymətli əşyalar götürərək hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Naqil Ağamalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, xüsusilə ağır cinayətlərin üstünün açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində mütəmadi olaraq kompleks tədbirlər davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.