• Home  
  • Navrotski: Polşada Konstitusiya Məhkəməsi zorla ələ keçirilib
- Dünya - Gündəm - Siyasət

Navrotski: Polşada Konstitusiya Məhkəməsi zorla ələ keçirilib

Bu gecə Varşavada ölkənin ali məhkəmə orqanlarından biri olan Konstitusiya Tribunalı zorla ələ keçirilib. Əks-səda “Onet” portalına istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Karol Navrotski bildirib. “Bu gecə Polşa Respublikasında ictimai asayiş pozulub və konstitusion dövlət orqanı zor gücünə ələ keçirilib. Mən Ali Məhkəmənin birinci sədri, hakim Zbiqnev Kapinski ilə məsləhətləşmələr apardım. O da […]

Bu gecə Varşavada ölkənin ali məhkəmə orqanlarından biri olan Konstitusiya Tribunalı zorla ələ keçirilib.

Əks-səda “Onet” portalına istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Karol Navrotski bildirib.

“Bu gecə Polşa Respublikasında ictimai asayiş pozulub və konstitusion dövlət orqanı zor gücünə ələ keçirilib. Mən Ali Məhkəmənin birinci sədri, hakim Zbiqnev Kapinski ilə məsləhətləşmələr apardım. O da Konstitusiya Tribunalında hakimiyyəti qəsb edən şəxslərin hərəkətlərini qanuni hesab etmir”, – o, mitinq iştirakçıları qarşısında çıxış edərkən deyib.

Polşanın Konstitusiya Tribunalı – qanunların və digər normativ aktların Konstitusiyaya uyğunluğunu yoxlayan ali konstitusiya nəzarəti orqanıdır. O, həmçinin mərkəzi dövlət orqanlarının səlahiyyətləri barədə mübahisələrə və vətəndaşların konstitusion hüquqlarının pozulmasına dair şikayətlərinə baxır. Tribunalın qərarları hamı üçün məcburidir və qətidir. Buna görə də onun tərkibi və rəhbərliyi üzərindəki nəzarət mühüm siyasi əhəmiyyət kəsb edir: məhkəmə parlament və hökumət tərəfindən qəbul edilən qanunları qeyri-konstitusion hesab edə bilər.

Navrotski hüquq qaydasını bərpa etməyə, güc strukturları əməkdaşlarını isə Konstitusiya Tribunalının ərazisini tərk etməyə çağırıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.