• Home  
  • Qazaxıstan benzin və neft məhsullarının ölkədən çıxarılmasına qadağanı uzadıb
- Dünya - Gündəm - İQTİSADİYYAT

Qazaxıstan benzin və neft məhsullarının ölkədən çıxarılmasına qadağanı uzadıb

Qazaxıstan benzin və neft məhsullarının ölkədən çıxarılmasına qadağanı daha altı ay uzadıb. Əks-səda Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə energetika nazirinin 30 oktyabr 2026-cı il tarixli “Qazaxıstan Respublikası ərazisindən neft məhsullarının çıxarılması ilə bağlı bəzi məsələlər haqqında” əmrində bildirilib. Qadağa altı ay müddətinə – 2026-cı il noyabrın 22-dən 2027-ci il mayın 22-dək tətbiq ediləcək. […]

Qazaxıstan benzin və neft məhsullarının ölkədən çıxarılmasına qadağanı daha altı ay uzadıb.

Əks-səda Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə energetika nazirinin 30 oktyabr 2026-cı il tarixli “Qazaxıstan Respublikası ərazisindən neft məhsullarının çıxarılması ilə bağlı bəzi məsələlər haqqında” əmrində bildirilib.

Qadağa altı ay müddətinə – 2026-cı il noyabrın 22-dən 2027-ci il mayın 22-dək tətbiq ediləcək. Bu, o cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə çıxarılmasına da aiddir.

Beləliklə, benzinin, dizel yanacağının və bəzi növ neft məhsullarının avtomobil nəqliyyatı ilə ölkədən çıxarılması qadağan edilir.

Daha bir qadağa Qazaxıstandan Aİİ-nin gömrük ərazisindən kənara yüngül distillatların, aviasiya kerosinlərinin və dizel yanacağının və s. çıxarılmasına aiddir. Sənəd noyabrın 16-da qüvvəyə minəcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.