• Home  
  • İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib
- Dünya - Gündəm

İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib

İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına dron zərbələri endirib. Əks-səda xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin məlumatında deyilir. “Səhər saatlarında ordu Əzraqdakı (İordaniya) “Müvəffəq Salti” bazasında ABŞ ordusunun yaşayış binalarına, eləcə də texnika anbarlarına dronlar vasitəsilə zərbələr endirib. Bundan başqa, Bəhreyndəki “İsa” aviabazasında ABŞ ordusunun böyük anbarlarına və texnika anqarlarına, həmçinin ağır aviasiyaya texniki […]

İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına dron zərbələri endirib.

Əks-səda xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin məlumatında deyilir.

“Səhər saatlarında ordu Əzraqdakı (İordaniya) “Müvəffəq Salti” bazasında ABŞ ordusunun yaşayış binalarına, eləcə də texnika anbarlarına dronlar vasitəsilə zərbələr endirib. Bundan başqa, Bəhreyndəki “İsa” aviabazasında ABŞ ordusunun böyük anbarlarına və texnika anqarlarına, həmçinin ağır aviasiyaya texniki xidmət və təmir anqarlarına dron zərbələri endirilib”, – telekanal qeyd edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.