• Home  
  • Bakının bir sıra yollarında sürət həddi endirilib
- Cəmiyyət - Gündəm - Ölkə

Bakının bir sıra yollarında sürət həddi endirilib

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirildi, portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, hazırda Bakının bir sıra ərazilərində müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba […]

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirildi, portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib.

Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hazırda Bakının bir sıra ərazilərində müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.