• Home  
  • SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
- Dünya - Gündəm - Hadisə

SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü və yanmağa başladığını iddia edib. Əks-səda xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, tankerlər Hörmüz boğazının şərqində və bilavasitə boğazın özündə müəyyən edilmiş marşrutdan kənar hərəkət etməyə cəhd göstəriblər. Bəyanatda gəmilərin çoxsaylı qayda pozuntularına yol […]

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü və yanmağa başladığını iddia edib.

Əks-səda xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, tankerlər Hörmüz boğazının şərqində və bilavasitə boğazın özündə müəyyən edilmiş marşrutdan kənar hərəkət etməyə cəhd göstəriblər.

Bəyanatda gəmilərin çoxsaylı qayda pozuntularına yol verdiyi, naviqasiya və mövqeləndirmə sistemlərini söndürdüyü, eləcə də boğazdan icazəsiz marşrutla keçməyə çalışdığı iddia olunub. Nəticədə hər iki gəminin minaya düşərək partladığı və güclü yanğın baş verdiyi bildirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.