• Home  
  • Cənubi Koreyada avtobus 30-dan çox avtomobillə toqquşub, 57 nəfər xəsarət alıb
- Dünya - Gündəm - Hadisə

Cənubi Koreyada avtobus 30-dan çox avtomobillə toqquşub, 57 nəfər xəsarət alıb

Seuldan (Cənubi Koreya) cənubda yerləşən Sonnam şəhərində avtobus işıqforda gözləyən 30-dan çox avtomobilə çırpılıb, nəticədə 57 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Avtobus əvvəlcə digər dörd avtobus, yük maşını və 27 minik avtomobili ilə toqquşub, daha sonra dəmir konstruksiyaya çırpılaraq dayanıb. Hadisə nəticəsində 9 nəfər ciddi xəsarət alıb. Mövcud məlumatlara […]

Seuldan (Cənubi Koreya) cənubda yerləşən Sonnam şəhərində avtobus işıqforda gözləyən 30-dan çox avtomobilə çırpılıb, nəticədə 57 nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Avtobus əvvəlcə digər dörd avtobus, yük maşını və 27 minik avtomobili ilə toqquşub, daha sonra dəmir konstruksiyaya çırpılaraq dayanıb.

Hadisə nəticəsində 9 nəfər ciddi xəsarət alıb.

Mövcud məlumatlara görə, avtobusun sürücüsü polisə əyləclərin işləmədiyini bildirib.

Qəzanın səbəbi araşdırılır.

Polis bildirib ki, sürücü sərxoş vəziyyətdə olmayıb, lakin onun narkotik qəbul edib-etmədiyini yoxlamağı planlaşdırır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.