• Home  
  • “Sabah”ın futbolçusu Umarali Raxmonaliyev: “KuPS”la oyunlara ciddi hazırlaşacağıq”
- Gündəm - Idman

“Sabah”ın futbolçusu Umarali Raxmonaliyev: “KuPS”la oyunlara ciddi hazırlaşacağıq”

“Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Finlandiya təmsilçisi “KuPS”la oyunlara ciddi hazırlaşacaq. “Əks-səda” xəbər verir ki, bu barədə komandanın yarımmüdafiəçisi Umarali Raxmonaliyev bildirib. O, qitənin bir nömrəli klub turnirindəki növbəti rəqib haqqında danışıb: “Bu turnirdə ölkə çempionları mübarizə aparır. Çempionlar Liqasının təsnifat mərhələsində bizi asan rəqiblər gözləmir. Bu səbəbdən qarşıya qoyulan hədəfə çatmaq üçün bu […]

“Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Finlandiya təmsilçisi “KuPS”la oyunlara ciddi hazırlaşacaq.

Əks-səda” xəbər verir ki, bu barədə komandanın yarımmüdafiəçisi Umarali Raxmonaliyev bildirib.

O, qitənin bir nömrəli klub turnirindəki növbəti rəqib haqqında danışıb:

“Bu turnirdə ölkə çempionları mübarizə aparır. Çempionlar Liqasının təsnifat mərhələsində bizi asan rəqiblər gözləmir. Bu səbəbdən qarşıya qoyulan hədəfə çatmaq üçün bu matça da ciddi hazırlaşacağıq”.

U.Raxmonaliyev I təsnifat mərhələsində Uelsin TNS komandasına qarşı hər iki matçdakı qalibiyyətin kollektivə faydalı olduğunu söyləyib:

“Hər qələbə komandaya daha çox özünəinam və növbəti oyunlar üçün əlavə motivasiya qazandırır. TNS ilə səfər qarşılaşmasında təkcə oyuna nəzarət baxımından keyfiyyətimizi göstərməməli, həm də evdə qazandığımız qələbədən sonra xarakter nümayiş etdirməliydik. Sevindirici haldır ki, bunun öhdəsindən gəldik. Düşünürəm ki, əsl potensialımızı hələ tam nümayiş etdirməmişik. Optimal formaya çatmaq üçün hələ üzərimizdə işləməliyik. Ümid edirəm ki, növbəti oyunlarda daha baxımlı futbol sərgiləyəcək və daha uğurlu nəticələr əldə edəcəyik”.

Xatırladaq ki, “Sabah” “KuPS” ilə ilk matçını iyulun 21-də Bakıda keçirəcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.