• Home  
  • Argentinanın 50 min azarkeşi DÇ-2026-nın finalında komandanı dəstəkləmək üçün Nyu-Yorka gedib
- Dünya - Gündəm - Idman - Manşet

Argentinanın 50 min azarkeşi DÇ-2026-nın finalında komandanı dəstəkləmək üçün Nyu-Yorka gedib

50 min argentinalı azarkeş futbol üzrə dünya çempionatının final oyununda İspaniya millisinə qarşı matçda öz komandalarını dəstəkləmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə yollanıblar. Əks-səda xəbər verir ki, fanatların hamısı birbaşa Argentinadan gəlməyib. Onların bəziləri ABŞ-də yaşayırlar. Bununla belə, bütün tərəfdarlar stadiona daxil ola bilməyəcəklər. Argentinalı azarkeşlərin kütləvi axını yarımfinal mərhələsində İngiltərəni məğlub etdikləri matçdan sonra başlayıb. Cənubi […]

50 min argentinalı azarkeş futbol üzrə dünya çempionatının final oyununda İspaniya millisinə qarşı matçda öz komandalarını dəstəkləmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə yollanıblar.

Əks-səda xəbər verir ki, fanatların hamısı birbaşa Argentinadan gəlməyib.

Onların bəziləri ABŞ-də yaşayırlar. Bununla belə, bütün tərəfdarlar stadiona daxil ola bilməyəcəklər. Argentinalı azarkeşlərin kütləvi axını yarımfinal mərhələsində İngiltərəni məğlub etdikləri matçdan sonra başlayıb. Cənubi Amerika ölkəsinin vətəndaşları Nyu-Yorka gəldikcə avtomobil icarəsi xidmətləri nəqliyyat vasitəsi qıtlığı ilə qarşılaşıb.

Xatırladaq ki, iyulun 19-da keçiriləcək İspaniya – Argentina oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.