Yəməndə İranın dəstəklədiyi husilər hərəkatı Səudiyyə Ərəbistanına dəniz blokadası elan edib.
Əks-səda xəbər verir ki, bu barədə hərəkatın rəsmi hərbi nümayəndəsi Yəhya Saria bildirib.
“Biz “gözə göz” prinsipinə əsaslanaraq Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan edirik”, – Saria deyib.
Bəyanat husilərlə Səudiyyə Ərəbistanı arasında uzun illər sonra baş vermiş ilk silahlı qarşıdurmadan bir neçə gün sonra səsləndirilib.


