• Home  
  • Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 5278-ə çatıb
- Dünya - Hadisə - Manşet

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 5278-ə çatıb

Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 5 278 nəfərə çatıb. Əks-səda xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Assambleyasının spikeri Xorxe RodriQes özünün “Telegram” kanalında paylaşıb. Hökumətin gündəlik hesabatından məlum olur ki, 16 740 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 17 907 nəfər isə evsiz qalıb. 190 tikili tamamilə dağılıb, 856 obyektdə isə ciddi zədələnmə qeydə […]

Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 5 278 nəfərə çatıb.

Əks-səda xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Assambleyasının spikeri Xorxe RodriQes özünün “Telegram” kanalında paylaşıb.

Hökumətin gündəlik hesabatından məlum olur ki, 16 740 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 17 907 nəfər isə evsiz qalıb. 190 tikili tamamilə dağılıb, 856 obyektdə isə ciddi zədələnmə qeydə alınıb.

Axtarış-xilasetmə işləri çərçivəsində 6 462 nəfəri xilas etmək mümkün olub, 41 069 nəfər tibb müəssisələrində yardım alıb. 128 324 ailəyə dəstək göstərilib, 23 587 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib, zərərçəkənlərə isə 10 964,97 ton ərzaq çatdırılıb.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib  ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib. Əsas təkanlardan sonra 1 405 afterşok qeydə alınıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.