• Home  
  • Hindistanda tikilməkdə olan SES-in tunelində partlayış zamanı 9 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Hindistanda tikilməkdə olan SES-in tunelində partlayış zamanı 9 nəfər ölüb

Hindistanda tikilməkdə olan su elektrik stansiyasının (SES) tunelində baş verən partlayış nəticəsində azı 9 nəfər ölüb, ehtimal ki, daha 15-dən çox insan dağıntılar altında qalıb. Əks-səda xəbər verir ki, hadisə ötən gün Samardunq kəndi ərazisində, Tista çayı üzərində su elektrik stansiyası layihəsini həyata keçirən “NHPC” dövlət enerji şirkətinin obyektində baş verib. “Hadisənin səbəbi, ehtimal ki, qaz partlayışı […]

Hindistanda tikilməkdə olan su elektrik stansiyasının (SES) tunelində baş verən partlayış nəticəsində azı 9 nəfər ölüb, ehtimal ki, daha 15-dən çox insan dağıntılar altında qalıb.

Əks-səda xəbər verir ki, hadisə ötən gün Samardunq kəndi ərazisində, Tista çayı üzərində su elektrik stansiyası layihəsini həyata keçirən “NHPC” dövlət enerji şirkətinin obyektində baş verib.

“Hadisənin səbəbi, ehtimal ki, qaz partlayışı olub, lakin biz hələlik bunu qəti şəkildə iddia edə bilmərik. 9 meyit tapılıb”, – təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması idarəsinin nümayəndəsi Raciv Roka bildirib.

Hakimiyyət orqanlarının məlumatına görə, hadisə anında tuneldə azı 25 fəhlə və layihə əməkdaşı ola bilərdi. Ölənlərin 9-u artıq dağıntılar altından çıxarılıb, qalanlarının taleyi hələ məlum deyil.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.