• Home  
  • Rumıniya Moskvadakı səfirini geri çağırıb
- Dünya - Gündəm - Siyasət

Rumıniya Moskvadakı səfirini geri çağırıb

Rumıniya son günlər Rusiya pilotsuz uçuş aparatlarının ölkənin hava məkanını pozması ilə əlaqədar Rusiyanın Buxarestdəki səfirliyinin bir əməkdaşını “persona non grata” elan edərək ölkədən çıxarmaq qərarına gəlib. Əks-səda xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi bəyanat yayıb. Rusiyanın Buxarestdəki səfiri nazirliyə çağırılıb və ona Rumıniya ərazisində vurulan pilotsuz uçuş aparatının qalıqları təqdim edilib. Prokurorluğun […]

Rumıniya son günlər Rusiya pilotsuz uçuş aparatlarının ölkənin hava məkanını pozması ilə əlaqədar Rusiyanın Buxarestdəki səfirliyinin bir əməkdaşını “persona non grata” elan edərək ölkədən çıxarmaq qərarına gəlib.

Əks-səda xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Rusiyanın Buxarestdəki səfiri nazirliyə çağırılıb və ona Rumıniya ərazisində vurulan pilotsuz uçuş aparatının qalıqları təqdim edilib. Prokurorluğun apardığı araşdırma PUA-nın Rusiya mənşəli olduğunu müəyyən edib.

Rumıniya tərəfi Rusiya səfirinə qəti etirazını bildirərək, Rumıniyanın hava məkanının, eyni zamanda NATO və Avropa İttifaqının hava məkanının pozulmasının “tamamilə yolverilməz” olduğunu vurğulayıb.

Adı və vəzifəsi açıqlanmayan rusiyalı diplomatın beş gün ərzində Buxaresti tərk etməsi tələb olunub.

Eyni zamanda bildirilib ki, Rumıniyanın Moskvadakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.