Türkiyənin cənub-şərqindəki Mardin vilayətində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, Artuklu rayonunda minik və yük avtomobilləri toqquşub.
Qəza nəticəsində iki nəfər ölüb, altı nəfər xəsarət alıb. Ölənlərdən birinin azyaşlı olduğu qeyd edilib.
Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilməyib.
Hadisənin səbəbləri araşdırılır.


