• Home  
  • Çində zəlzələ nəticəsində xəsarət alanların sayı 65 nəfərə çatıb
- Dünya - Gündəm - Hadisə

Çində zəlzələ nəticəsində xəsarət alanların sayı 65 nəfərə çatıb

Çinin Tibet Muxtar Rayonunda 7 maqnitudalı zəlzələ nəticəsində azı 16 nəfər həlak olub, xəsarət alanların sayı 65 nəfərə çatıb. Əks-səda xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb. Çin Xalq Respublikasının Sədri Si Cinpin axtarış-xilasetmə əməliyyatlarının və zərərçəkənlərə yardımın sürətləndirilməsinə, humanitar yardımın operativ şəkildə bölüşdürülməsinə və insanların təhlükəsiz ərazilərə köçürülməsinin təmin edilməsinə çağırıb. O, həmçinin […]

Çinin Tibet Muxtar Rayonunda 7 maqnitudalı zəlzələ nəticəsində azı 16 nəfər həlak olub, xəsarət alanların sayı 65 nəfərə çatıb.

Əks-səda xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Çin Xalq Respublikasının Sədri Si Cinpin axtarış-xilasetmə əməliyyatlarının və zərərçəkənlərə yardımın sürətləndirilməsinə, humanitar yardımın operativ şəkildə bölüşdürülməsinə və insanların təhlükəsiz ərazilərə köçürülməsinin təmin edilməsinə çağırıb.

O, həmçinin seysmik vəziyyətin və hava şəraitinin nəzərə alınmasının, mümkün fəsadların qarşısının alınmasının və zədələnmiş infrastrukturun bərpasının vacibliyini vurğulayıb.

Hazırda bölgədə axtarış-xilasetmə işlərinin aparılması, zərərçəkənlərə tibbi yardım göstərilməsi, eləcə də əhalinin təhlükəsiz ərazilərə köçürülməsi və yerləşdirilməsi üçün müvafiq qurumlar arasında koordinasiya işləri görülür.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.