• Home  
  • “Nizami” və “28 May” metrostansiyaları arasında əlavə avtobuslar ödənişli olacaq
- Cəmiyyət - Gündəm - Ölkə

“Nizami” və “28 May” metrostansiyaları arasında əlavə avtobuslar ödənişli olacaq

Avqustun 15-dən “Nizami” və “28 May” stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslar ödənişli olacaq. Əks-səda xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, avtobuslar arasında interval 5 dəqiqədən aşağı olacaq: “Bu stansiyalar arasında 6 ekspres avtobus fəaliyyət göstərəcək. Bununla sərnişinlərə metrodan istifadə etmədən şəhərin bir nöqtəsindən digərinə, yəni əsas […]

Avqustun 15-dən “Nizami” və “28 May” stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslar ödənişli olacaq.

Əks-səda xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, avtobuslar arasında interval 5 dəqiqədən aşağı olacaq: “Bu stansiyalar arasında 6 ekspres avtobus fəaliyyət göstərəcək. Bununla sərnişinlərə metrodan istifadə etmədən şəhərin bir nöqtəsindən digərinə, yəni əsas axın istiqamətləri üzrə hərəkət etmək imkanı yaradılacaq. İlk baxışda “28 May” – “Nizami” stansiyaları arasında avtobus əlaqəsinin yaradılması asan görünür. Lakin məlumdur ki, “Bakı Metropoliteni”nin bir qatarı 1 600 sərnişin daşıyır. İntervallar bütün nəqliyyat növləri arasında mövcud ən minimal həddədir. Yəni “İçərişəhər”-“Həzi Aslanov” istiqamətini götürsək, 2 dəqiqə 30 saniyədən bir qatar daxil olur və avtobusların intervalının isə 5 dəqiqədən aşağı etmək mümkün olmadığını nəzərə alsaq, bu təxminən 40-a yaxın 80 nəfər tutumlu avtobus deməkdir”.

Xatırladaq ki, gələn həftənin sonunda metronun Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək. Bu müddət ərzində “Dərnəgül” istiqamətindən hərəkət edən qatarlar “Nizami” stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.