• Home  
  • Ukrayna Samarada neft emalı zavodunu vurub
- Dünya - Gündəm - Hadisə

Ukrayna Samarada neft emalı zavodunu vurub

Ukrayna qüvvələri avqustun 22-nə keçən gecə Rusiya Federasiyasının Samara vilayətində yerləşən “Novokuybışevsk” neft emalı zavodunun (NEZ) obyektlərini vurub. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb. Zərbədən sonra müəssisənin ərazisində yanğın baş verib, dəymiş ziyanın miqyası dəqiqləşdirilir. “Novokuybışevsk” NEZ “Rosneft” SC-nin tərkibinə daxildir və Rusiyanın ən iri neft emalı […]

Rusiya, Ukrayna

Ukrayna qüvvələri avqustun 22-nə keçən gecə Rusiya Federasiyasının Samara vilayətində yerləşən “Novokuybışevsk” neft emalı zavodunun (NEZ) obyektlərini vurub.

Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.

Zərbədən sonra müəssisənin ərazisində yanğın baş verib, dəymiş ziyanın miqyası dəqiqləşdirilir.

“Novokuybışevsk” NEZ “Rosneft” SC-nin tərkibinə daxildir və Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir. Onun gücü ildə təxminən 8,8 milyon ton neft təşkil edir.

Müəssisə avtomobil və aviasiya yanacağı, dizel yanacağı və sürtkü materiallarının komponentləri daxil olmaqla, 20-dən çox növdə məhsul istehsal edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.