• Home  
  • İrandan Azərbaycana 16 kq narkotikin keçirilməsinin qarşısı alınıb
- Cəmiyyət - Gündəm - KriminaI - Ölkə

İrandan Azərbaycana 16 kq narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 16 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Əks-səda xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Belə ki, oktyabr ayının 15-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 16 kiloqram 600 qram narkotik […]

İrandan Azərbaycana 16 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Əks-səda xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Belə ki, oktyabr ayının 15-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 16 kiloqram 600 qram narkotik vasitə və 1970 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.