• Home  
  • İstanbulda aramsız yağışdan yaranan seldə ölənlərin sayı 5 nəfərə çatıb, itkin düşənlər var
- Dünya - Gündəm - Hadisə

İstanbulda aramsız yağışdan yaranan seldə ölənlərin sayı 5 nəfərə çatıb, itkin düşənlər var

Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 5-ə çatıb. Əks-səda xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, daha 4 nəfər itkin düşüb. Daxili işlər naziri Mustafa Çiftçi itkin düşənlərdən birinin sağ tapıldığını açıqlayıb. Qeyd edək ki, artıq bir neçə gündür, Türkiyənin bəzi şəhərlərində davam edən aramsız yağışlar ciddi fəsadlara […]

Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 5-ə çatıb.

Əks-səda xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, daha 4 nəfər itkin düşüb. Daxili işlər naziri Mustafa Çiftçi itkin düşənlərdən birinin sağ tapıldığını açıqlayıb.

Qeyd edək ki, artıq bir neçə gündür, Türkiyənin bəzi şəhərlərində davam edən aramsız yağışlar ciddi fəsadlara yol açıb. Yağışların davam edəcəyi bildirilir.

Bu, İstanbula 84 ildən sonra yağan ilk leysandır.

İstanbulla yanaşı, Zonquldak, Yalova, Kocaeli, Düzce və Sakarya vilayətlərində təhsil müəssisələrində dərslər iki günlük dayandırılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.