• Home  
  • İsveç NATO-nun şərq cinahını gücləndirmək üçün Polşada “Patriot” sistemləri yerləşdirəcək
- Dünya - Gündəm - Siyasət

İsveç NATO-nun şərq cinahını gücləndirmək üçün Polşada “Patriot” sistemləri yerləşdirəcək

İsveç NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün Polşada “Patriot” zenit-raket kompleksi yerləşdirəcək. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson bildirib. O vurğulayıb ki, Ukraynaya hərbi yardımın daşındığı NATO-nun logistika mərkəzini qorumaq üçün Polşaya 100-ə yaxın İsveç hərbçisi də göndəriləcək. İsveç qüvvələri Polşada Niderlandın hərbi kontingentini əvəz edəcək. Qeyd olunub ki, […]

Siyasət

İsveç NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün Polşada “Patriot” zenit-raket kompleksi yerləşdirəcək.

Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson bildirib.

O vurğulayıb ki, Ukraynaya hərbi yardımın daşındığı NATO-nun logistika mərkəzini qorumaq üçün Polşaya 100-ə yaxın İsveç hərbçisi də göndəriləcək. İsveç qüvvələri Polşada Niderlandın hərbi kontingentini əvəz edəcək.

Qeyd olunub ki, “Patriot” sisteminin yerləşdirilməsinə dekabrda başlanması planlaşdırılır.

Xatırladaq ki, sentyabrda Polşa tərkibinə Ukrayna, Böyük Britaniya, Almaniya, Danimarka, Fransa, İtaliya, Niderland, Norveç, İspaniya və İsveçin daxil olduğu raket əleyhinə müdafiə koalisiyasına qoşulub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.