• Home  
  • Lavrov: Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq
- Dünya - Gündəm - Siyasət

Lavrov: Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq

Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq. Əks-səda TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısının ilk gününün yekunlarına dair Atlantada keçirilən mətbuat konfransında bildirib. “Amerikalılar klassik diplomatiya qaydalarına əməl edirlər. Münasibətlərdə hansı problemlərin olmasından asılı olmayaraq, Rusiya ilə ABŞ arasında problemlər […]

Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq.

Əks-səda TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısının ilk gününün yekunlarına dair Atlantada keçirilən mətbuat konfransında bildirib.

“Amerikalılar klassik diplomatiya qaydalarına əməl edirlər. Münasibətlərdə hansı problemlərin olmasından asılı olmayaraq, Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq”, – nazir qeyd edib.

O, bu kontekstdə ABŞ dövlət katibi Marko Rubionun sözlərini də xatırladıb.

“2025-ci ilin fevralında Ər-Riyadda keçirilən ilk görüşümüzdə Rubio etiraf etmişdi ki, əksər hallarda ABŞ və Rusiyanın milli maraqları üst-üstə düşməyəcək”, – Lavrov bildirib.

Bununla yanaşı, nazir bu maraq fərqinin “qızğın qarşıdurmaya” çevrilməsinə yol verməyi cinayət adlandırıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.