• Home  
  • Meksikada yol-nəqliyyat hadisəsində azı 16 nəfər həlak olub
- Dünya - Gündəm

Meksikada yol-nəqliyyat hadisəsində azı 16 nəfər həlak olub

Meksikanın Qvadalaxara-Tepik avtomagistralında baş verən irimiqyaslı qəzadan sonra azı 16 nəfər həlak olub, itkin düşənlər var. “Əks-səda” xəbər verir ki, bu məlumatı Fövqəladə Hallar üzrə Milli Komissiyaya istinadən “Excélsior” nəşri yayıb. Məlumata görə, yük maşını dayana bilməyib və yüksək sürətlə şossedə dayanmış bir neçə avtomobilə çırpılıb. Güclü toqquşma yanğına səbəb olub. Bu isə xilasetmə əməliyyatının aparılmasını […]

Meksikanın Qvadalaxara-Tepik avtomagistralında baş verən irimiqyaslı qəzadan sonra azı 16 nəfər həlak olub, itkin düşənlər var.

Əks-səda” xəbər verir ki, bu məlumatı Fövqəladə Hallar üzrə Milli Komissiyaya istinadən “Excélsior” nəşri yayıb.

Məlumata görə, yük maşını dayana bilməyib və yüksək sürətlə şossedə dayanmış bir neçə avtomobilə çırpılıb.

Güclü toqquşma yanğına səbəb olub. Bu isə xilasetmə əməliyyatının aparılmasını çətinləşdirib.

Həlak olan dinc sakinlərdən başqa, Meksika Milli Qvardiyasının iki hərbi qulluqçusu ciddi xəsarət alıb, yük maşınının sürücüsü isə saxlanılıb.

Faciə yerində axtarış-xilasetmə tədbirləri davam edir. Fövqəladə xidmət nümayəndələri qurbanların sayının arta biləcəyini istisna etmirlər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.