Böyük Britaniya Hərbi Dəniz Qüvvələri Dəniz Ticarət Daşınmaları Koordinasiya Mərkəzi (UKMTO) Oman sahillərində raketlə vurulan tankerlə bağlı yeni hadisə barədə məlumat verib.
“Əks-səda” “ bu barədə TASS-a istinadən xəbər verir.
“UKMTO, Omanın Limah şəhərindən 13 dəniz mili cənub-şərqdə baş verən hadisə barədə məlumat alıb. Tankerin komandası ərazidən çıxış istiqamətində cənub marşrutu üzrə hərəkət edərkən raketlə vurulub. Səlahiyyətlilər araşdırma aparır”, – deyə koordinasiya mərkəzindən bildirilib.
Əlavə detallar açıqlanmayıb.
Qeyd edək ki, iyulun 13-nə keçən gecə UKMTO tankerin Oman sahillərindən 40 dəniz mili şimal-şərqdə raketlə vurulduğunu, ekipajın xəsarət almadığını bildirmişdi.


