• Home  
  • “Sabah” Çexiya klubunun azarkeşləri üçün 3 700-ə yaxın bilet ayırıb
- Gündəm - Idman - Ölkə

“Sabah” Çexiya klubunun azarkeşləri üçün 3 700-ə yaxın bilet ayırıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq “Sabah” – “Slaviya” (Çexiya) oyunu ilə bağlı qonaq azarkeşlərə 3 675 yer ayrılıb. Əks-səda xəbər verir ki, bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Həmçinin stadiona maksimum A4 ölçüsündə çantalarla daxil olmağa icazə veriləcəyi bildirilib. Arenaya spirtli içkilər, pirotexnika, irihəcmli əşyalar və digər qadağan olunmuş vasitələrin […]

İdman

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq “Sabah” – “Slaviya” (Çexiya) oyunu ilə bağlı qonaq azarkeşlərə 3 675 yer ayrılıb.

Əks-səda xəbər verir ki, bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Həmçinin stadiona maksimum A4 ölçüsündə çantalarla daxil olmağa icazə veriləcəyi bildirilib. Arenaya spirtli içkilər, pirotexnika, irihəcmli əşyalar və digər qadağan olunmuş vasitələrin gətirilməsinin yasaqlandığı, tribunalarda siqaret çəkməyə isə yalnız xüsusi ayrılan yerlərdə şərait yaradılacağı qeyd olunub.

Xatırladaq ki, “Sabah” – “Slaviya” matçı oktyabrın 13-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.