• Home  
  • “Qarabağ”a Bakıda uduzan “Dinamo” antirekorda imza atıb
- Dünya - Gündəm - Idman

“Qarabağ”a Bakıda uduzan “Dinamo” antirekorda imza atıb

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”a Bakıda uduzan Ukraynanın “Dinamo” (Kiyev) komandası antirekorda imza atıb. Əks-səda xəbər verir ki, paytaxt təmsilçisi 20 ildən sonra ilk dəfə avrokuboklarla erkən vidalaşıb. Kiyev təmsilçisinin təsnifat mərhələsində mübarizəni tez dayandırması son olaraq 2005/2006 mövsümünə təsadüf edib. “Dinamo” İsveçrənin “Tun” kollektivinə iki görüşün nəticəsinə əsasən uduzub – 0:1, 2:2. O […]

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”a Bakıda uduzan Ukraynanın “Dinamo” (Kiyev) komandası antirekorda imza atıb.

Əks-səda xəbər verir ki, paytaxt təmsilçisi 20 ildən sonra ilk dəfə avrokuboklarla erkən vidalaşıb.

Kiyev təmsilçisinin təsnifat mərhələsində mübarizəni tez dayandırması son olaraq 2005/2006 mövsümünə təsadüf edib. “Dinamo” İsveçrənin “Tun” kollektivinə iki görüşün nəticəsinə əsasən uduzub – 0:1, 2:2.

O vaxtdan etibarən Ukrayna klubu avrokuboklarda ən azı pley-offa qədər irəliləmişdi. “Qarabağ”a məölubiyyət bu seriyaya son qoyub.

Bundan əlavə, “Dinamo” 1992-ci ilsən sonra ilk dəfə avrokuboklarda birinci oyunda qalib gəlsə də, mərhələni keçə bilməyib. Əvvəlki 11 belə cəhd uğurlu alınıb.

Xatırladaq ki, “Qarabağ” ötən gün rəqibini iki cavabsız qolla üstələyib. “Dinamo” ilk görüşdə 1:0 hesablı qələbə qazanmışdı.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.