• Home  
  • Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldürülüb
- Cəmiyyət - Gündəm - Ölkə

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldürülüb

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə daha bir azərbaycanlı öldürülüb. Əks-səda xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü həkim, tibb elmləri namizədi Vahab Ramazan oğlu Quliyev Ukraynanın Kupyansk istiqamətində gedən döyüşlər zamanı Rusiya tərəfinin dron hücumu nəticəsində həlak olub. 30 ildən çoxdur Ukraynada yaşayan V.Quliyev məşhur “Nənələr” folklor ansamblının üzvü Xanımbacı […]

Cəmiyyət

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə daha bir azərbaycanlı öldürülüb.

Əks-səda xəbər verir ki, əslən Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü həkim, tibb elmləri namizədi Vahab Ramazan oğlu Quliyev Ukraynanın Kupyansk istiqamətində gedən döyüşlər zamanı Rusiya tərəfinin dron hücumu nəticəsində həlak olub.

30 ildən çoxdur Ukraynada yaşayan V.Quliyev məşhur “Nənələr” folklor ansamblının üzvü Xanımbacı Quliyevanın oğludur.

Məlumata əsasən, mərhumun nəşi artıq Azərbaycana gətirilib, onun doğulduğu kənddə dəfn olunması üçün hazırlıq işləri görülür.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.