• Home  
  • Sabah yağış yağacaq, şimşək çaxacaq
- Cəmiyyət - Gündəm - Ölkə

Sabah yağış yağacaq, şimşək çaxacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın […]

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək.

Əks-səda xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Bundan başqa, sabah rayonlarda bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 14-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.