• Home  
  • Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var
- Gündəm - Hadisə - Ölkə

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var

Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunda soyuducu anbarda baş verən bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Əks-səda xəbər verir ki, hadisə rayonun İbadulla kəndində qeydə alınıb. Məlumata görə, kənddəki soyuducu anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altında qalıb. Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Rüqayyə Nurəli qızı Məmmədova ölüb, […]

Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunda soyuducu anbarda baş verən bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Əks-səda xəbər verir ki, hadisə rayonun İbadulla kəndində qeydə alınıb.

Məlumata görə, kənddəki soyuducu anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altında qalıb.

Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Rüqayyə Nurəli qızı Məmmədova ölüb, Səidə Əsgər qızı Zamanova (1976) isə xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şərur rayon prokurorluğunda araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.